Futbol üzrə İngiltərə çempionatının 24-cü turu çərçivəsində “Liverpul” evdə “Börnli”ni qəbul edib.
Gərgin şəraitdə keçən oyun “Liverpul”un 3:1 hesablı qələbəsi ilə bitib.
Qollar: Jota (31-ci dəqiqə), Braunhill (45-ci dəqiqə), Diaz (52-ci dəqiqə), Nunyes (79-cu dəqiqə).
Qeyd edək ki, 24 oyundan sonra 54 xal toplayan “Liverpul” turnir cədvəlinin lideridir. “Börnli” 13 xalla 19-cu yerdə qərarlaşıb.