İngiltərənin “Liverpul” klubu və Misir yığmasının furbolçusu Məhəmməd Salah həmyerlilərinə koronavirus pandemiyası zamanı kömək etmək qərarına gəlib.
“Egypt Independent” nəşrinin məlumatına əsasən, idmançı doğma kəndinin sakinləri üçün minlərlə ton ərzaq alıb.
Salahın atasının sözlərin əsasən, kənddə, həmçinin dezinfeksiya işləri aparılıb, sakinlərə isə tibbi maskalar paylanıb. 27 yaşlı futbolçu isə həmyerlilərini bir yerdə toplaşmamağa və sanitar normaları gözləməyə səsləyib.