Liviyanın sərnişin təyyarəsini Maltaya qaçıran şəxslər hakimiyyət orqanlarına təslim olublar.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.
Baş nazir qeyd edib ki, ekipajın axırıncı üzvləri təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər. Bundan sonra Maltanın xüsusi xidmət orqanlarının əməkdaşları təyyarəyə daxil olublar və onun salonunu yoxlayıblar.
16:42
Liviya təyyarəsini qaçıranlar Maltada endikdən sonra sərnişinləri buraxıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Sərnişinlərin dəqiq sayı bildirilmir. Heyət qaçırılmış təyyarənin göyərtəsindədir, kanal “Twitter” bloqunda bildirib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 118 nəfər var.
15:46
Liviyanın “Afriqiyah Airways” aviaşirkətinin qaçırılan və Maltada eniş edən təyyarəsinin göyərtəsində silahlı adam var, onda əl qumbarasının olduğu bildirilir.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 23-də “Times of Malta” məlumat yayıb.
Qeyd edilir ki, kişi tələbləri yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib. Tələblərin nədən ibarət olduğu dəqiqləşdirilmir.
15:05
“Airbus A320” sərnişin təyyarəsi Liviyada ələ keçirilib, o, Maltaya istiqamətləndirilib.
Oxu.Az “Respubilca” istinadən xəbər verir ki, bu barədə Maltanın baş naziri Cosef Muskat “Tvitter” hesabında məlumat yayıb.
Məlumata görə təyyarənin göyərtəsində 118 nəfər var. İlkin məlumata görə, iki sərnişin təyyarəni partlatmaq ilə hədələyiblər. Onların tələbləri barədə məlumat verilmir.
N.O.
www.oxu.az