Liviyanın cənubunda aviabazaya hücum zamanı 141 nəfər həlak olub.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “France Presse” Halif Haftarın komandanlıq etdiyi Liviyanın Milli Ordusunun nümayəndəsi Əhməd Əl-Məsmariyə istinadən xəbər verib.
“Əsgərlər hərbi paraddan qayıdırdılar. Onlar silahsız idilər. Əsgərlərin əksəriyyəti həlak oldu”, - deyə Əl-Məsmari bildirib.
Onun sözlərinə görə, həlak olanlar arasında aviabazada işləyən və ya onun yaxınlığında yaşayan dinc sakinlər də var.
Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.
KİV-in məlumatına görə, aviabazaya “üçüncü qüvvə”nin bölmələri hücum ediblər. Əsası Misuratadan olan döyüşçülərdən ibarət bölmələr, faktiki olaraq Milli Barışıq Hökumətində Müdafiə Nazirliyinin tabeçiliyindədirlər.
Öz növbəsində, Milli Barışıq Hökuməti aviabazaya hücum barədə əmr vermədiyini bəyan edib.
U.A.
www.oxu.az