Tripolidə naməlum şəxslər Liviyanın baş naziri Faez as-Sarracanın avtomobil karvanını atəşə tutublar, iki mühafizəçi yaralanıb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Avtomobil karvanında baş nazir, Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəisi olub. Baş nazirin vəziyyəti barədə məlumat verilmir.
N.O.
www.oxu.az