Böyük Britaniyanın maliyyə naziri Con Hili qarşıdakı danışıqlar zamanı Avropa İttifaqındakı (Aİ) həmkarlarına Londonun münasibətləri yenidən qurmağa hazır olduğunu bildirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, nazir danışıqlar prosesində Böyük Britaniya və Aİ arasında uğursuz müdafiə tərəfdaşlığı zamanı buraxılan səhvləri bir daha təkrarlamamağa çağırış edəcək. Həmçinin, rəsmi Londonun iştirakı ilə Avropa blokunun "Made in Europe" sənaye siyasətinin hazırlanması da əsas müzakirə mövzularından olacaq.
Nəşrin mənbələrindən birinin sözlərinə görə, Londonun irəli sürdüyü tələblər Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti tərəfindən müsbət qarşılana bilər. Lakin Böyük Britaniyanın "Made in Europe" proqramına qəbul edilməsi üçün həm Avropa Parlamentinin rəsmi razılığı alınmalı, həm də Fransanın buna göstərəcəyi ehtimal olunan müqavimət aradan qaldırılmalıdır.