Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Londonun mərkəzində tarixi binada yanğın: 100-dən artıq yanğınsöndürən hadisə yerində
Londonun mərkəzindəki tarixi "Somerset House"da yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Sky News telekanalı Britaniya paytaxtının yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Yanğın binanın damını əhatə edir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yanğının söndürülməsi üçün ümumilikdə 15 texnika və 100-ə yaxın mütəxəssis cəlb olunub.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Jurnalistlərin məlumatına görə, "Somerset House"da kütləvi tədbir keçiriləcəkdi. Lakin yanğın səbəbindən saray ziyarətçilər üçün bağlanıb.
"London" teqi üzrə xəbərlər
- Londonda Kral qvardiyasının atı "selfi" çəkdirmək istəyən qadını dişlədi
- Səsdən dörd dəfə sürətli: "Stargazer" Nyu-Yorkdan Londona 55 dəqiqəyə uçacaq
- Londonda Starmerin evini yandırmaqda şübhəli bilinən ikinci şəxs həbs edilib
- Londonda üç iranlıya qarşı ittiham irəli sürüldü
- İrəvan və London hərbi attaşe təyin etmək niyyətindədirlər
Ən çox oxunanlar