Los-Anceles hava limanında "United Airlines"a məxsus "Boeing" təyyarəsinin əsas təkəri havaya qalxarkən yerə düşüb.
Məlumata görə, hadisə zamanı "Boeing 757-200"ün göyərtəsində 174 sərnişin və yeddi ekipaj üzvü olub, onlardan heç biri xəsarət almayıb.
Qeyd edək ki, düşən təkər tapılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı araşdırmaya başlayıb.
Mənbə: kp.ru