Almaniyanın "Lufthansa" aviaşirkəti yüksək vergilər səbəbilə təxminən yüz ölkədaxili reysi ixtisar etməyi planlaşdırır".
Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu "Deutsche Lufthansa AG"nin baş direktoru Karsten Şpor bildirib.
Onun sözlərinə görə, həftəlik 100 daxili reys gələn yay ləğv edilə bilər: "Aviaşirkət tərəfindən ləğv edilməsi planlaşdırılan strateji marşrutlara Münhendən Münster-Osnabrükə və Drezdenə uçuşlar daxildir. Bu istiqamətlərdə şirkət hazırda maliyyə itkiləri ilə üzləşir".
Şpor qeyd edib ki, 2019-cu ildən bəri Almaniyada fəaliyyət xərcləri iki dəfə artıb, bu da vəziyyəti daha da ağırlaşdırır.