Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Artur Rasizadənin "Xalqlar Dostluğu" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, A.Rasizadənin fərmanda Belarus və Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin inkişafında və möhkəmlənməsində əhəmiyyətli töhfəsi qeyd olunub.