Belarusda 2015-ci ildə prezident seçkiləri zamanı sakitliyin qorunması ilk növbədə hərbçilərdən asılıdır.
Oxu.Az “BelTa”ya istinadən prezident Aleksandr Lukaşenkonun sözlərindən sitat gətirir.
“Bizi qarşıda vacib siyasi kampaniya gözləyir. O, sakit və nizamlı keçməlidir. Ölkədə nəzarətdən kənar qalacaq vəziyyətə və şəraitin qeyri-sabitliyinə yol vermək olmaz. Bu isə ilk növbədə bizdən, hərbçilərdən asılıdır. Belarus xalqı öz ordusuna inanır, milli təhlükəsizlik sisteminin etibarlı olmasından əmindir”, - Belarus lideri bazar ertəsi Minskdə ali zabit heyətinə poqonların təqdimetmə mərasimində bəyan edib.
Lukaşenko vurğulayıb ki, Belarusda ənənəvi olaraq fevral ayının 23-də - Vətən müdafiəçisi günü qeyd edilir. Belə ki, bu bayram uzun illər boyu yalnız ölkə hərbçilərini deyil, eləcə də Vətən müdafiəçilərinin bir neçə nəslinin qəhrəmanlıqlarını əks etdirir.
“Bu, döyüş meydanlarında canlarını qoymuş milyonlarla həmvətənimizin xatirəsidir. Bu həm də gənc Sovet Dövlətinin yaranması zamanı vətəndaş müharibəsində, Belarus hərbi əyalətinin yaradılmasında iştirak edən və Böyük Vətən müharibəsində vətənimizin azadlığı üçün mübarizə aparanların xatirəsidir. Uzun illər Böyük Qələbə üçün mübarizə aparanların xatirəsidir” , - Belarus prezidenti vurğulayıb.
E.Ə.
www.oxu.az