Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsini Rusiyadan kənar təsəvvur etmədiyini bildirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın TASS agentliyi xəbər yayıb.
“Biz Rusiyadan kənarda özümüzü təsəvvür edə bilmirik. Əgər biz hər bir təhlükələrə birlikdə qarşı duracağıqsa, biz dayanmağa bacaracağıq”, - Lukaşenko bildirib.
Prezident əlavə edib ki, iqtisadiyyat münasibətlərin əsasıdır.
“Əgər ticarət-iqtisadi sferada normal əldə edəcəyiksə, onda heç bir tufan və qasırğalar bizə qorxulu deyil”, - Lukaşenko vurğulayıb.