BelAES-i tikməklə Rusiya və Belarus dünyaya gələcəyin atom stansiyasını nümayiş etdirəcəklər. Bu barədə bu gün Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Dünyada ən yaxşı stansiya tikilir və Rusiya bu stansiyanın timsalında hamıya gələcəkdə necə atom stansiyalarının olması gərəkdiyini göstərmək istəyir”, - dövlət başçısı nüvə energetikası üzrə kadrların hazırlanması və Belarus AES inşası və istismarı iştirakçılarına Dövlət mənzil fondundan mənzillərin verilməsi məsələlərinə dair məruzə ilə çıxış edərkən bildirib.
Bununla yanaşı o vurğulayıb ki, inşaatın müddətini dəyişmək olmaz.
BelAES-in ilk enerji blokunun işə salınması 2018-ci ilə planlaşdırılıb.