Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Lukaşenko hakimiyyətdən gedəcəyinə işarə etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko sakinləri ölkənin yeni liderinin olacağına öyrəşməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə sb.by məlumat yayıb.
"Mən artıq hamınıza deyirəm: Prezidentin fərqli şəxs olacağına öyrəşməlisiniz, bu o demək deyil ki, sabah sizi tərk edəcəyəm. Amma həyatda hər şey ola bilər. Mənim hamınız kimi əbədi olmadığıma öyrəşməlisiniz", - deyə Lukaşenko Şklovski rayonunun Qorodişe kənd təsərrüfatı sahəsinə səfəri zamanı bildirib.
O qeyd edib ki, öz varisinə dinc ölkə miras qoymalıdır.
Lukaşenko vurğulayıb ki, hər şey ondan asılı deyil. "Hər kəs öz işi ilə məşğul olmalıdır. Əgər əkin və biçin lazımdırsa, o zaman bunu etməlisən. Mənim əsas vəzifəm ölkədə münaqişənin qarşısını almaqdır".
Qeyd edək ki, bu il Lukaşenkonun 70 yaşı tamam olur. O, 1994-cü ildən Belarus prezidentidir.
Ölkədə növbəti prezident seçkisi 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
"Aleksandr Lukaşenko" teqi üzrə xəbərlər
- Lukaşenko kosmosda ABŞ ilə rəqabət tapşırığı verdi
- Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin açılışına çağırılmayıb
- Lukaşenko: "Dünyanın yarısı Belarusdakı "diktatura"nı arzulayır"
- Lukaşenko and içdi - Yeddinci dəfə prezident vəzifəsinin icrasına başladı
- Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib