Belarus prezidenti Aleksandr Lukaşenko Qrodnensk vilayəti üzrə müşaviri Serqey Rovneykonun həbs olunmasını özünəməxsus şəkildə şərh edib.
Oxu.Az xəbər verir ki, bu haqda Ren.TV məlumat yayıb.
“Özünü cinayətkar kimi aparırdı, xalis quldur idi....biznesmenlərlə iş aparan zaman özünü “bəy balası” kimi aparırdı”, -deyə Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, hələ il yarım əvvəl Rovneykonun gəlirləri haqqında bəyannaməsi onda müəyyən şübhələr doğurub.
“Ona sual verdim, bu qədər cah-cəlal səndə hardan? Onlarla avtomobil, onlarla mənzil. Adi məmur və onun ailəsinin belə yaşaması düzgün deyil.”, -deyə Lukaşenko vurğulayıb.
Prezidentin sözlərinə görə, Rovneyko Qrodnensk vilayətində tütün satıcılarından külli miqdarda rüşvət toplayıb.
F.M.
www.oxu.az
Rəylər