Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya rəhbərliyini Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəliklərini yerinə yetirməməkdə, barbar münasibətdə və qeyri-sağlam rəqabət şəraiti yaratmaqda ittiham edib.
Bu barədə Oxu.Az BelTA-ya istinadla xəbər verir.
“Biz indi ağır dövr yaşayırıq – rusiyalılar bizə qarşı barbarcasına davranırlar, bunu açıq söyləyirəm”, - Lukaşenko deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi Belarusdan nə isə tələb etdikdə, bunu sanki nökərindən istəyir, halbuki özü, rəqabətsizlik şəraiti yaradaraq, Aİİ çərçivəsində öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.
O həmçinin qeyd edib ki, Rusiya hökuməti öz növbəsində Qərb ölkələrini rəqabətsiz üstünlük yaratmaqda ittiham edir.
Rəylər