Belarus prezidenti Aleksandr Lukaşenko Tbilisidə bəyan edib ki, Belarus tərəfinin Abxaziya və Tsxinvali regionunun müstəqilliyini tanımamaq barədə mövqeyi dəyişməz olaraq qalır.
“Bizim sizin qaldırdığınız problemlərlə (gürcü torpaqlarının müstəqilliyinin tanınmaması məsələsi) dəyişməz olaraq qalır. Əks halda mən gəlməzdim”, - deyə, Lukaşenko gürcü həmkarı Giorgi Margelaşvili ilə aprelin 23-də Tblisidə baş tutan görüşü zamanı bildirib, Oxu.Az Novosti-Qruziya-ya istinadən xəbər verir.
Belarusun mövqeyi barədə sual Rusiyanın Abxaziya və Tsxinvali regionun de-fakto rəhbərliyi ilə bağladığı müqavilələrin kontekstində verilib.
“Gürcüstan prezidenti bildirib ki, bütün qarışıqlıqlar, hətta müharibə, belə desək, Gürcüstan və Rusiya arasında müharibədən sonra münasibətləri daha yumşaq qurmaq və belə addımlar atmamaq olardı”, - deyə, Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, gələcəyə baxmaq və Gürcüstanın Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün addımlar atmaq lazımdı.
Bununla yanaşı, Lukaşenko Gürcüstan, Belarus və Rusiya xalqları arasında ziddiyətlərin olmadığını qeyd edib:
“Axı gürcü xalqı, belorus xalqı, rusiyalılar arasında ziddiyyət yoxdur. Siyasi səviyyədə anlaşılmazlıqlar var. Lakin onların öhdəsindən gəlmək olar, qarşımıza konkret hədəflər qoymalı və konkret addımlar atmalıyıq. Biz bu barədə danışdıq. Bir prezident kimi bizim razılaşmalarımızı açıqlamaq səlahiyyətim yoxdur, lakin yaxın gələcəkdə siz onları eşidəcəksiniz”, - deyə, Lukaşenko bildirib.