Belarus hakimiyyəti Rusiyanın tez hazır olan əriştə istehsalçısı “Biofud” və qəhvə istehsalçısı “Pauliq-Rus” şirkətinin məhsullarına qadağa qoyub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, qadağa Belarus baş sanitar həkimi İqor Qayevski tərəfindən qoyulub. Onun fikrincə qadağaya düşmüş ərzaqlar Belarusda qəbul edilən sanitar-epidemioloji normalara və Gömrük İttifaqının texniki reqlamentlərinə uyğun gəlmir.
Qeyd edək ki, daha əvvəl Rusiya Belarusun ət istehsalı ilə məşğul olan 3 şirkətinin mallarına qadağa qoymuşdu. Lakin daha sonra qadağalar ləğv edildi.
Belarus prezidenti son çıxışında sanksiyalara qarşı olduğunu bildirsə də, qadağalarda siyasi xarakter güdüldüyü istisna edilmir.