Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə kütləvi jurnalistlərin həbsi barədə danışdı.
Oxu.Az-ın Türkityə mətbuatına istinadən məlumatına görə, dövlət başçısı avropalı həmkarlarını bu işə qarışmamağa çağırıb.
“AB öz işləri ilə məşğul olmalı və fikrini özünə saxlamalıdır”- deyə Ərdoğan bildirib.
Prezident həbslərin kütləvi informasiya azadlığını pozması ilə razılaşmır.
Qeyd edək ki, AB Türkiyədə kütləvi şəkildə müxalifət jurnalistləri həbsini pisləmişdi.