Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Lukaşenkonun qələbəsi rəsmiləşdi
Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 26-da baş tutmuş və fəaliyyətdə olan dövlət başçısı Aleksandr Lukaşenkonun qələbəsi ilə yekunlaşmış prezident seçkisinin yekun nəticələrini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, MSK-nın məlumatına görə, A.Lukaşenko seçicilərin 86.82% səsini toplayıb.
Prezidentlik yarışında ikinci yerdə səslərin 3.21%-ni qazanmış Sergey Sırankov qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq, Oleq Qaydukeviç (2.02%), Anna Kanopatskaya (1.86%) və Aleksandr Xijnyak (1.74%) tutublar.
Səsvermədə iştirak etmiş seçicilərin 3.60%-i bütün namizədlərin əleyhinə səs verib. Ümumilikdə səsvermədə seçmə hüququ olan təqribən 6.9 milyon nəfərin 85.69%-i iştirak edib.
Rəylər