Macarıstan öz ərazisindən NATO və ya Avropa İttifaqı (Aİ) qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "İzvestiya"ya müsahibəsində parlament partiyası "Bizim Vətən"in lideri və Avropa Şurası Parlament Assambleyasının deputatı Laslo Torotskay bəyan edib.
"Biz NATO və ya Aİ qoşunlarının Ukraynaya göndərilməsi və bununla da Üçüncü Dünya müharibəsinin başlanması fikrini tamamilə rədd edirik. Heç bir halda biz onlara Macarıstan ərazisindən belə məqsədlər üçün istifadə etməyə icazə verməyəcəyik", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Macarıstan hakimiyyəti bu mövqeyi bölüşür və ardıcıl olaraq NATO-nun Rusiyaya qarşı təşəbbüslərinə qarşı çıxır.