Macarıstan hökuməti Budapeştdəki Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarmaq barədə qərar qəbul edib. Hökumət onların fəaliyyətinin diplomat statusu ilə ziddiyyət təşkil etdiyini hesab edir.
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban məlumat verib.
"Mənim tapşırığıma əsasən, çərşənbə axşamı Xarici İşlər Nazirliyinin müvafiq nümayəndəsi Rusiyanın Macarıstandakı səfirinə xəbərdarlıq edib ki, Rusiya nümayəndəliyinin 10 əməkdaşı ölkə ərazisində Vyana Konvensiyasına əsasən diplomat statusuna uyğun gəlməyən fəaliyyətlə məşğul olublar. Bununla əlaqədar olaraq, Macarıstan tərəfi həmin şəxslərdən ölkəni tərk etmələrini tələb edib. Bu addım Macarıstanın təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir. Həmin qərar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi mənasına gəlmir. Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara riayət olunması prinsipləri əsasında zəruri dialoqu davam etdirmək niyyətindədir", - deyə Macarıstan XİN rəhbəri "X" platformasında yazıb.
