Macarıstan parlamenti konstitusiyaya 17-ci düzəlişi qəbul edib. Bu düzəliş, digər məsələlərlə yanaşı, ölkə prezidenti Tamaş Şuyokun istefasını da nəzərdə tutur.
Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, indi dövlət başçısının istefa vermək və ya işi Konstitusiya Məhkəməsinə təqdim etmək üçün beş gün vaxtı var.
Macarıstan hökuməti düzəlişlər layihəsini parlamentə iyulun 4-də təqdim etmişdi. Layihə dəyişikliklər qüvvəyə mindiyi andan etibarən 30 gün ərzində yeni prezidentin parlament tərəfindən seçilməsini nəzərdə tutur.
Bundan əlavə, parlamentarilərin səlahiyyətləri hər biri dörd il olmaqla üç müddətlə məhdudlaşdırılır, habelə Konstitusiya Məhkəməsinin üzvləri üçün yaş həddi 70 yaş müəyyən edilir.