Macarıstanın Baş naziri Peter Madjar Prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasına imkan verəcək konstitusiya dəyişiklikləri təklif edib.
Oxu.Az xəbər verir ki, baş nazir bu barədə parlamentdəki çıxışı zamanı məlumat verib.
Məlumata görə, hökumət prezidentin vəzifədən kənarlaşdırılmasını mümkün edəcək konstitusiya dəyişiklikləri paketi hazırlayıb.
Madjarın sözlərinə görə, dəyişikliklər qüvvəyə mindikdən sonra Tamaş Şuyok avtomatik olaraq vəzifəsini itirəcək.
Sənədə əlavə olunmuş izahatda bildirilir ki, buna səbəb prezidentə ictimai etimadın "ciddi şəkildə azalması" olub.
Baş nazir bu təşəbbüsü "Təmizləyici od" əməliyyatının bir hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi "Macarıstanı korrupsiyadan və mafiyadan xilas etməkdir".
Madjar həmçinin Tamaş Şuyoku "konstitusion çevrilişə cəhd"də ittiham edib və ölkədə dövlət institutlarının islahatına ehtiyac olduğunu vurğulayıb.