Madaqaskarın müvəqqəti Prezidenti Maykl Randrianirina keçid dövrü üçün baş nazir vəzifəsinə iş adamı Herintsalama Radzaunarivelunu təyin edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Bundan bir müddət əvvəl polkovnik Randrianiranın rəhbərlik etdiyi hərbi qrup Madaqaskarda etiraz edən gənclərin tərəfini tutaraq, ölkədə idarəçiliyi öz əlinə aldığını elan etmişdi. Onlar mövcud hökumət orqanlarını ləğv ediblər.
Xatırladaq ki, oktyabrın 13-də Madaqaskar Prezidenti Andri Radzuelina Fransanın hərbi təyyarəsi ilə ölkəni tərk edib.