Madaqaskarda təyyarə qəzaya uğrayıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, kiçik tutumlu təyyarə Madaqaskarın paytaxtı Antananarivu yaxınlığında qəzaya uğrayıb.
“Madagascar Trans Air” aviaşirkətinə məxsus olan “Piper PA-31” təyyarəsinin göyərtəsində beş nəfər olub. Baş verən qəza nəticəsində onların hamısı ölüb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
İlhamə Əbülfət
www.oxu.az