Pop-ulduz Madonna “gey” kəlməsini söz oyununda istifadə edərək kiçik qalmaqal yaradıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Buzzfeed nəşrinin redaktorlarının təklif etdiyi variantlar içində Madonnaya Vladimir Putin düşüb və hər iki dəfə müğənni onunla bağlı assosiasiyalarını ifadə etmək üçün “gey” sözün işlədib.
Əgər Rusiya prezidenti ilə assosiasiya aydın idisə və Rusiyada antigey qanunvericiliyinə işarə edilirdisə, o zaman oxucular Madonnanı “gey” sözündən söyüş kimi istifadə etməkdə ittiham edərək inciyiblər.
“O, “gey” kələmi deyib. Bu isə onun kələm sevmədiyini və “gey” sözünü təhqir kimi işlətdiyini bildirir. Mən onu daha incə natura bilirdim”, - deyə oxuculardan biri yazıb.
Madonnanın özü bu insidentə hələ heç bir şərh verməyib.