Macarıstanın yeni hökuməti Şimali Atlantika Alyansının (NATO) ortaq hədəflərinə əsaslanaraq, 2035-ci ilədək müdafiə büdcəsini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bunu NATO-nun Ankarada keçirilən sammitində iştirak edən Macarıstanın Baş naziri Peter Madyar iclas başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib:
"Macarıstan hökuməti artıq müdafiə xərclərini proqnozlaşdırıla bilən şəkildə artırmaq qərarı qəbul edib. Hakimiyyət ölkənin alyansda etibarlı müttəfiq kimi tamhüquqlu iştirakını bərpa etmək əzmindədir".
Ehtimal olunur ki, Ankara sammitinin yekun sənədində alyansa üzv dövlətlərin müdafiə büdcələrini 2035-ci ilə qədər ÜDM-nin 5%-i həcminə qaldırması ilə bağlı öhdəlikləri rəsmi təsdiqini tapacaq.