"Avropa ölkələri münaqişə bitdikdən sonra Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri layihəsi üzərində işi başa çatdırıblar və indi ABŞ-dən bu zəmanətlərin təmin edilməsində iştirakla bağlı konkret məlumatlar almaq niyyətindədirlər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Artıq dediyim kimi, avropalıların, fransızların və italyanların təhlükəsizliyi üçün vacib olan zəmanətlər üzərində işi yekunlaşdırdıq. Ötən həftə verdiyimiz qərara uyğun olaraq, ABŞ nümayəndələri ilə "istəklilər koalisiyası" arasında yaxın bir neçə gün ərzində mühüm müzakirələr aparılacaq. Eyni zamanda, Rusiyanın mövqeyinə aydınlıq gələcək", - deyə Makron bildirib.