Fransa prezidenti Emmanuel Makron İsveçrənin Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş üçün münasib yer olduğunu hesab edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Makron "TF1" telekanalına müsahibəsində danışıb.
O, danışıqların Fransada aparılması ilə razı olmayıb, çünki onun fikrincə, neytral ölkə tapmaq lazımdır.
"Ola bilsin ki, İsveçrədə, mən Cenevrənin tərəfdarıyam. Və yaxud bir başqa ölkə olsun. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyədə, İstanbulda keçirilib", - deyə Emmanuel Makron bildirib.
Fransa prezidenti əlavə edib ki, əgər görüş Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıyan ölkədə baş tutsa, "biz istisna etməliyik".
"Ədalət bərpa olunmalıdır, bu müqavilələri biz özümüz imzalamışıq. Amma Putin indiki prezidentdir, onun toxunulmazlıq prinsipi var", - deyə Makron əlavə edib.
Daha sonra "Agence France-Press" bildirib ki, İsveçrə Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş üçün sülh konfransında iştirak etməyə razılıq verərsə, ona toxunulmazlıq verməyə hazırdır.
Xatırladaq ki, BCM 2023-cü ilin martında Vladimir Putinin həbsinə order verib.