"Fransa Prezidenti Emmanuel Makron əvvəllər Parisə dəvət etdiyi ABŞ lideri Donald Trampla ikitərəfli görüş barədə razılığa gələ bilmədikdən sonra yanvarın 20-də İsveçrənin Davos şəhərindən ayrılıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Makron Trampı Parisə dəvət etməsinə baxmayaraq, Davosu çərşənbə axşamı ABŞ lideri ilə təkbətək görüşə razılıq almadıqan sonra tərk edib", - deyə yazıda bildirilib.
Daha əvvəl Tramp Parisə səfərini ləğv etməklə yanaşı Makronun ona göndərdiyi şəxsi mesajı yaymışdı.
Xatırladaq ki, bu il Davos forumu yanvarın 19-da başlayıb və ayın 23-dək davam edəcək.