Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar apardıqdan sonra Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı aparıb.
Oxu.Az bildirir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən xəbər verir.
Söhbət zamanı Makron Zelenski ilə keçirdiyi danışıqların məzmunu barədə ABŞ prezidentinə məlumat verib. Dövlət başçıları, həmçinin Ukraynada davamlı sülhün təmin edilməsi üçün hansı şərtlərin vacib olduğu barədə fikir mübadiləsi aparıblar.
Telekanalın məlumatına görə, onlar bu məsələdə ABŞ-nin vasitəçiliyi çərçivəsində gələcək addımları da müzakirə ediblər.
Daha ətraflı Baku TV-nin videomaterialında: