"Fransa ABŞ-nin tələblərinə baxmayaraq, Hörmüz boğazının blokdan çıxarılmasında iştirak etməyəcək".
Oxu.Az BFM TV telekanalına istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
"Fransa heç vaxt hücum əməliyyatlarında və ya Hörmüz boğazının hazırkı şəraitdə azad edilməsi əməliyyatlarında iştirak etməyəcək", - deyə o vurğulayıb.
E.Makron qeyd edib ki, ki, Fransa bu müharibəni seçməyib. O, həmçinin bildirib ki, Paris münaqişədə iştirak etmir və öz vətəndaşlarını qorumaq üçün yalnız müdafiə mövqeyi tutur.
Buna baxmayaraq, E.Makron Yaxın Şərqdə gəmilərin hərəkətinin sərbəstliyini və dəniz təhlükəsizliyini təmin etmək istədiyini bildirib.
Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərq regionunda və İranda baş verən son hadisələri dəyərləndirmək məqsədilə ölkənin Müdafiə və Milli Təhlükəsizlik Şurasının toplantısını çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Fransanın BFMTV telekanalı yayıb.
Bildirilib ki, sözügedən iclas martın 17-də baş tutacaq. Toplantının dəqiq gündəliyi barədə mətbuata hər hansı açıqlama verilməyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.