İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə qarşı yeni zərbələr endirməyə başlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumların hədəfi İranın mərkəzi hissəsində yerləşən raket qurğuları və hava hücumundan müdafiə sistemləridir.
İsrail Müdafiə Ordusu (SAXAL) İran rejiminin strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın "X" sosial şəbəkə hesabında qeyd edilib.
Fevralın 28-də İranın qərbində, Kermanşah bölgəsində yerləşən müasir "SA-65" hava müdafiə sistemi də daxil olmaqla bir neçə strateji zenit-raket kompleksi vurulub.
⭕️The IDF completed a broad strike on strategic defense systems of the Iranian regime.
— Israel Defense Forces (@IDF) February 28, 2026
The IDF struck multiple strategic aerial defense systems, including an advanced SA-65 system in the Kermanshah area of western Iran. pic.twitter.com/p3UI3aB50y
Səhər saatlarından İsrail ordusu İrandakı yüzlərlə hərbi hədəfə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "Aslanın nərəsi" əməliyyatının bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri kəşfiyyat məlumatlarına əsasən İranın qərbindəki raket buraxıcıları da daxil olmaqla, yüzlərlə İran hərbi hədəfinə hücum edib."
Bəyanatda qeyd olunur ki, raket buraxıcılarından əlavə, zərbələr İranın qərbindəki geniş spektrli obyektləri hədəfə alır.
İsrail və ABŞ qüvvələri İran ərazilərinə zərbələr endirməyə davam edir.
Oxu.Az xəbər verir ki, İran mediası cənubdakı Bəndər Abbas liman şəhərinə hava hücumlarının edildiyini və bunun İran Hərbi Dəniz Qüvvələrini hədəfə aldığı ehtimalını bildirir.
Həmçinin İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İran nüvə elektrik stansiyasının yerləşdiyi Buşehrə hücum etdiyi barədə məlumatlar da var.
İsrail İrana qarşı xüsusi hərbi əməliyyatını "Aslanın nərəsi" adlandırıb.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, partlayışlar İranda Lurestan əyalətində və Təbriz şəhərində eşidilib.
"Fars" agentliyinin xəbərinə görə, partlayış səsləri həmçinin İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də duyulub.
Tehranda yenidən partlayışlar eşidilib. İsrailin hava zərbələrinin ikinci dalğasının başladığı bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.
İsrail ordusu İrana qarşı qabaqlayıcı tədbirlər məqsədilə əməliyyatlara başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.
Məlumata görə, İsrail dövləti İranın təhdidlərini aradan qaldırmaq üçün Tehrana qabaqlayıcı zərbə endirib.
Məlumatlara görə, Tehranda partlayış səsləri eşidilir. Baş verənlərin təfərrüatı və mümkün nəticələr barədə məlumatlar hələ dəqiqləşdirilir.
İsraildə hava həyəcan siqnalı sirenlərinin işə düşdüyü bildirilir. İsraildə fövqəladə vəziyyət elan edilib.