Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Makron Yeni Kaledoniya ilə bağlı müdafiə şurasının iclasını keçirəcək
Fransa Prezidenti Emmanuel Makron mayın 20-də Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqədar müdafiə şurasının yeni iclasını keçirəcək.
Bu barədə AFP Yelisey sarayına istinadən xəbər verib.
İclasın yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 20:30) başlayacağı bildirilib.
Qeyd edək ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində keçirilən dinc nümayiş iğtişaşlara çevrilib, yüzlərlə mağaza və sosial müəssisə yandırılıb və talan edilib. Yüzlərlə insan, o cümlədən onlarla polis yaralanıb. Mayın 15-dən adada fövqəladə vəziyyət elan edilib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
Ən çox oxunanlar