Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb
Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Agentlik əməkdaşları "Halal Food" MMC-nin Gürcüstandan idxal etdiyi "Chirina LTD" müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA-nın qərarına məhəl qoymayan "Top Qapı" restoranının sahibi cəzalandırıldı
- Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır
- "Şüa" restoranında nöqsanlar AŞKARLANDI
- Kərə yağı adı ilə satılan bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı
- "Alatava" restoranında ciddi nöqsanlar aşkarlandı