"Formula-1" üzrə dördqat dünya çempionu olan niderlandlı Maks Ferstappen 2026-cı il mövsümünün dünya çempionatının 12-ci mərhələsi olan Niderland Qran-prisinin ilk dövrəsində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, Ferstappen bolidi ilə baryerə çırpılıb. Avtomobilin zədələnməsi səbəbindən pilot yarışı davam etdirə bilməyib.
Sürücü ciddi xəsarət almayıb və bolidi özü tərk edib.
Qeyd edək ki, Ferstappen bu mövsüm üçüncü dəfə yarışı başa çatdıra bilməyib.
Qaynar xətt:
(055) 224 12 12