Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Malayziyada güclü daşqın: Dörd mindən çox insan təxliyə edildi
Malayziyanın Sabah ştatında güclü daşqınlar səbəbindən 4 mindən çox insan müvəqqəti yaşayış mərkəzlərinə təxliyə olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bernama" agentliyi Fövqəladə halların qarşısının alınması üzrə Milli Agentliyə istinadən məlumat verib.
Məlumata görə, təxliyə edilən ştat sakinlərinin sayı 4122 nəfərdir. Zərərçəkənlər üçün 18 müvəqqəti təxliyə məntəqəsi yaradılıb.
Qeyd edək ki, 2023-cü ildə Malayziyanı vuran daşqınlar səbəbindən zərər 755.4 milyon rinqqit (161.4 milyon dollar) təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 0.04%-nə bərabər olub.
"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Norveç dənizində güclü zəlzələ baş verib
- BTQ "Qarans" siklonunun nəticələri ilə bağlı Reyunyon sakinləri ilə həmrəy olduğunu açıqlayıb
- Yaponiyada meşə yanğınları yaşayış massivinə keçib: Onlarla ev məhv olub
- Alovlar içində olan Çilidən qorxunc kadrlar
- Egey beşik kimi yırğalanır: Seysmoloqdan 8.5 bal gücündə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
Ən çox oxunanlar