Malayziya sahillərində 7.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz veb-saytında məlumat verib.
Qeyd olunub ki, yeraltı təkanlar Kota-Kinabalu şəhərindən təxminən 97 km şimalda qeydə alınıb. Episentr 620 km dərinlikdə yerləşib.
Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib və sunami təhlükəsi barədə məlumat verilməyib.