Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Martinikda komendant saatı tətbiq edilib
Karib dənizində yerləşən Fransaya məxsus Martinik adasında əhalinin həyat bahalılığından narazılığı səbəbindən kütləvi etirazlar alovlanıb.
Oxu.Az bu barədə "Le Figaro"ya istinadən xəbər verir.
Zorakılığın artması ilə əlaqədar olaraq adanın prefekti Jan-Kristof Buvye paytaxt For-de-Frans və Le-Lamanten şəhərinin bəzi rayonlarında saat 21:00-dan 05:00-dək (Bakı vaxtı ilə 13:00-dan 21:00-dək) komendant saatının tətbiq edildiyini elan edib. Məhdudiyyətlər ən azı sentyabrın 23-dək davam edəcək.
Qeyd edək ki, çərşənbə axşamı, sentyabrın 18-də gecə paytaxtın Sent-Terez və Dillon rayonlarında ciddi iğtişaşlar baş verib. Toqquşmalar nəticəsində 11 polis əməkdaşı və üç iğtişaş iştirakçısı xəsarət alıb, 15 nəfər həbs edilib. Ümumilikdə gecə ərzində 12 avtomobil yandırılıb, 17 müəssisə vandalizm və ya qarətə məruz qalıb.
Daha əvvəl, sentyabrın 3-də gecə Sent-Terez rayonunda iğtişaşlar baş vermişdi, sentyabrın 14-də gecə isə naməlum şəxslər For-de-Frans şəhərindəki polis bölməsinin binasını atəşə tutmuşdular, xoşbəxtlikdən xəsarət alan olmamışdı.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
- Türkiyəli iş adamı Fransada futbol klubu aldı
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
Rəylər