Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Antiterror əməliyyatının ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin hər zaman əziz tutulacağı əminliklə qeyd olunub.
Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.
"Report" xəbər verir ki, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzür, əklil qoyur, onların xatirələrini ehtiramla yad edirlər.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra ərazi separatçı terrorçulardan təmizlənib.
Daha çox foto burada: PhotoStock.az
"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı
- Fuat Oktay: "Parlamentlərimiz qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olublar"
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- 24 gün əvvəl Goranboyda minaya düşən hərbçi evinə qayıtdı
- Politoloq Əlimusa İbrahimov: "Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq"
Rəylər