Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mask NASA-nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq
ABŞ Hökumətin Effektivliyi İdarəsinin rəhbəri, milyarder İlon Mask NASA-nın əsas vəzifəsinin insanların Marsa göndərilməsinə hazırlıq olması üçün onların proqramlarını nəzərdən keçirmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Mask agentliyin prioritetlərini öz prioritetləri ilə uyğunlaşdırmaq istəyir və federal xərclərin yenidən bölüşdürülməsi və bu məqsədə çatmasına kömək etmək üçün NASA-ya öz müttəfiqlərinin təyin edilməsi üzərində işləyir. İş adamı həm də Prezident Donald Trampa Marsa getməyə kömək etməklə tarixə düşəcəyini bildirərək, onun dəstəyini qazanmağa çalışır.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask dünyanın ən varlı adamı oldu
- İlon Mask 13-cü övladının anasına 2.5 milyon dollar verdi: "Bilmirəm, mənim uşağımdır, ya yox"
- Mask Mərkəzi Kəşfiyyat İdarəsində hesabat verdi
- Tramp və Maska münasibət necədir? - Amerikalılar arasında sorğu
- İlon Mask pendir formalı qəribə papağı ilə ictimaiyyəti təəccübləndirdi