Amerikalı iş adamı İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti "Grok" çat-botunu hazırlamış "xAI" şirkətinə iki milyard dollar həcmində sərmayə yatıracaq.
Oxu.Az bu barədə "The Wall Street Journal" nəşrinə istinadla xəbər verir.
Qəzet bildirir ki, "SpaceX"in investisiyaları cəlb edilmiş beş milyard dollar məbləğindəki səhm kapitalının bir hissəsidir.
Məlumata görə, "xAI"nin 2025-ci ilin sonunda daha çox vəsait cəlb edəcəyi gözlənilir.