Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 14-də zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25° isti,
cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.