Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maskın köməkçiləri USAID-in gizli otağına DAXİL OLDULAR
ABŞ dövlət idarəetməsinin səmərəliliyinin yaxşılaşdırılması ilə məşğul olan İlon Maskın rəhbərliyi altındakı komanda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qapalı otağına daxil ola bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Belə ki, İ.Maskın bir neçə köməkçisi USAID-in Vaşinqton ofisinə gəlib və vacib sənədlərin olduğu gizli otağa daxil olmaqla, xidməti otağa buraxılmalarını tələb ediblər.
Lakin USAID-in mühafizəsi onları buraxmayıb. Bu zaman köməkçilərdən biri İ.Maska zəng edib. O da öz növbəsində mühafizəyə bildirib ki, köməkçilərini buraxmasalar, marşalları çağıracaq.
Bundan sonra İlon Maskın adamları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qapalı otağına daxil olmağı bacarıblar. Onların ictimaiyyətdən gizlədilmiş sənədlərə göz gəzdirmək imkanı əldə etdikləri də bildirilir.
Rəylər