ABŞ-li sahibkar İlon Mask Birləşmiş Ştatların sürətlə müflis olduğunu bəyan edib.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Maskın sözlərinə görə, Donald Tramp seçkidə qalib gələrsə, ölkə hökumətin qeyri-adi qaydada tənzimlənməsi və ixtisar edilməsi imkanı əldə edəcək. Hazırda isə sahibkar vurğulayıb ki, ABŞ sürətlə müflis olur. Pentaqonun büdcəsi son dərəcə böyükdür və ildə bir trilyon dollar təşkil edir. Bununla yanaşı, dövlət borcu üzrə faiz ödənişləri artıq müdafiə büdcəsini üstələyib.
Rəylər