Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maskın siyasi postları ABŞ-də bütün seçki kampaniyasını üstələdi
ABŞ-li sahibkar İlon Maskın "X" sosial şəbəkəsindəki siyasi paylaşımlarına baxış sayı ölkənin digər bütün siyasi təşviqat elanlarının baxış sayından iki dəfə çox olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin CNN telekanalı məlumat verib.
Bu ilin iyul ayından etibarən Maskın sosial şəbəkələrdəki paylaşımlarına 17.1 milyard baxış sayı gəlib.
"Center for Countering Digital Hate"in (CCDH, Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi) hesabatına görə, Maskın paylaşımları ilə eyni sayda baxış sayına malik olacaq reklamların yayımlanması üçün 24 milyon dollar xərcləmək lazımdır. CCDH iddia edir ki, Maskın ən azı 87 paylaşımı ABŞ-də prezident seçkisi ilə bağlı yalan və ya çaşdırıcı məlumatları təbliğ edib.
"İlon Mask" teqi üzrə xəbərlər
- Qədim Romadan silikon vadisinə: İlon Mask XXI əsrin Sezarı adlandırıldı
- Mask Konqresi Milad tətilinə daha gec getməyə məcbur etdi
- Mask süni intellektin insanları nə vaxt üstələyəcəyi barədə danışdı
- Mask heç vaxt ABŞ prezidenti ola bilməz - Səbəb açıqlandı
- İlon Mask ABŞ məmurlarını idrak testindən keçirməyi təklif edib
Rəylər