İtaliyanın "Milan" klubu Massimiliano Alleqrinin komandaya baş məşqçi təyin edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
"Klub Massimiliano və onun heyətini səmimiyyətlə salamlayır və onlara fəaliyyətlərində uğur arzulayır", - məlumatda qeyd olunur.
Mətbuatda mütəxəssisin maaşının əlavə bonuslar da daxil olmaqla beş milyon avro təşkil edə biləcəyi qeyd edilir.