Rusiya ordusu son sutka ərzində Xarkov vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Kondraşovka yaşayış məntəqəsi də Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Xatırladaq ki, rusiyalı hərbçilər dünən Xarkov vilayətinin Stroyevka məntəqəsini tutublar.