Hollivud ulduzu Cennifer Enistonu iki il boyunca təqib edən 48 yaşlı Cimmi Ueyn Karvayl ruhi cəhətdən qeyri-sağlam elan edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilir ki, Karvayl əvvəlcə Enistona sosial şəbəkələrdə saysız-hesabsız səsli mesajlar və məktublar göndərib. Daha sonra isə 2025-ci il mayın 5-də onun evinin darvazasına avtomobillə çırpılıb. Tanınmış aktrisa ilə danışmaq istəsə də, bu, ona nəsib olmayıb.
Eniston məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Karvaylı bu davranışlarına görə üç ilə qədər həbs cəzası gözləsə belə, məhkəmə fərqli qərar qəbul edib. Hakim Mariya Kavalutszi bildirib ki, iki psixiatrın rəyinə əsasən Karvayl psixi cəhətdən məhkəmə qarşısına çıxacaq vəziyyətdə deyil və məsuliyyət daşıya bilməz.
Nəticədə cinayət işi dayandırılıb.
Karvayl isə özünü təqsirli bilmədiyini deyib.
O, daha dərin psixoloji ekspertizaya göndəriləcək. Məhkəmə onun harada və hansı şəraitdə saxlanılacağına iyunun 26-da keçiriləcək iclasda qərar verəcək.